Nida Xəbər
Ermənistanla sülh sazişi bu il imzalanacaq? - Sorğunun nəticələri
“Atlas” Araşdırmalar Mərkəzi millət vəkilləri, siyasi ekspertlər və xarici siyasət, o cümlədən təhlükəsizlik mövzularında ixtisaslaşan jurnalistlər arasında sorğu keçirib. Sorğuda 100 respondent iştirak edib.
Publika.az xəbər verir ki, sorğunun birinci sualı Rusiya-Ukrayna müharibəsinə aid olub.
“Rusiya-Ukrayna müharibəsi necə bitəcək” sualına sorğuya qatılanların 45.3%-i “Rusiya Krım və Şərqi Ukraynanı nəzarətində saxlayacaq”, 40.1%-i “Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalanacaq”, 10.6%-i “Ukrayna ərazi bütövlüyünü təmin edəcək” cavabını veriblər. “Nə Rusiya, nə də Ukrayna məqsədinə çatacaq”, “Ukraynanın mövcudluğu sual altındadır”, “hər iki tərəf ciddi güzəştlərə gedəcək”, “müharibə uzun müddət bitməyəcək, ancaq döyüşlər səngiyəcək” kimi cavablar ümumilikdə sorğuya qatılanların 4%-i təşkil edib.
Sorğunun “Yaxın Şərqdə gərginliyin azalması üçün birinci hansı addım atılmalıdır” sualına sorğuya qatılanların 59%-i “İsrail Fələstinin müstəqilliyini tanımalıdır”, 28.5%-i “Fələstindəki silahlı qruplar tərksilah olunmalıdırlar”, 10.5%-i isə “İsrailə təhlükəsizlik təminatı verilməlidir” cavabını veriblər. “ABŞ bölgədən çəkilməlidir”, “heç bir tərəf münaqişənin bitməsini istəmir” kimi cavabların hər biri 2% civarında olub.
Sorğunun “Qafqaz evi” ideyasının reallaşması üçün nə edilməlidir” sualına verilən cavablar bu şəkildə bölünüb:
“Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır” – 70.7%;
“Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulmalıdır” – 17.9%;
“Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri açılmalıdır” – 10.3%.
Cavablar arasında “bu mümkün olmayacaq”, “Ermənistan cəmiyyəti dəyişməlidir” yanaşmalarının hər biri 1.1% təşkil edib.
Sorğunun növbəti sualı belə olub: “Azərbaycanla Ermənistan arasında danışıqlar hansı formatda davam etməlidir?”
a) Birbaşa danışıqlara üstünlük verilməlidir – 91.6 %
b) Danışıqlar Gürcüstanda aparılmalıdır – 3.2 %
c) Danışıqlar Vaşinqtonda aparılmalıdır – 3.2 %
d) Danışıqlar Moskvada aparılmalıdır – 1 %
e) Danışıqlar aparılmamalıdır – 1 %
f) Danışıqlar Brüsseldə aparılmalıdır – 0 %
Sorğunun sonuncu “Azərbaycanla Ermənistan arasında sülh sazişi nə zaman imzalanacaq” sualına “Sülh sazişi bu il imzalanmayacaq” deyənlər 41.1%, “Sülh sazişi bu ilin sonuna qədər imzalanacaq” deyənlər 37.9%, “Sülh sazişi bu ilin yarısına qədər imzalanacaq” deyənlər isə 15.5% təşkil edib. Toplam 5% təşkil edən cavablar arasında bunlar olub: “Ermənistan buna hazır olanda”, “bu tərəflərin danışığından asılıdır”, “bölgədəki proseslərdən asılıdır”, “zaman demək çətindir” və s.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






