Nida Xəbər
Azərbaycan BMT-yə üzvlük haqqını tam ödədi
 
                                    
                                    
                                    
                                Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.
Publika.az xəbər verir ki, Azərbaycan ötən illərdə olduğu kimi, BMT-nin büdcəsini formalaşdıran üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb.
Bu günə qədər ölkəmizlə yanaşı BMT-yə üzv olan 75 dövlət beynəlxalq təşkilata üzvlük haqqını tam ödəyib.
Qeyd edək ki, BMT-nin büdcəsi təşkilata üzv olan 193 dövlətin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir.
Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir. BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur.
Xatırladaq ki, Azərbaycan 1992-ci ilin 2 mart tarixində BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul olunan qətnamə ilə üzvlüyə seçilib. Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.
- 
                     Region00:15 Region00:15İstanbulda partlayış oldu - Xəsarət alanlar var 
- 
                     ABŞ31 Oktyabr 21:59 ABŞ31 Oktyabr 21:59Pentaqon təsdiqlədi - Ukraynaya "Tomahawk" raketləri göndəriləcək 
- 
                     Magazin231 Oktyabr 19:35 Magazin231 Oktyabr 19:35Türkiyəli məşhur müğənni infarkt keçirdi 
- 
                     Kriminal31 Oktyabr 19:03 Kriminal31 Oktyabr 19:03Sabiq icra başçısı həbs olundu - Bu cinayətlərdə ittiham olunur 
- 
                     Sosial31 Oktyabr 18:53 Sosial31 Oktyabr 18:53Vüqar Məmmədov həbs edildi 
- 
                     Nida Xəbər 31 Oktyabr 17:45 Nida Xəbər 31 Oktyabr 17:45Zakir Həsənova medal verildi 
- 
                     Sosial31 Oktyabr 17:00 Sosial31 Oktyabr 17:00Noyabrda yağıntıların miqdarı normadan çox olacaq - AYLIQ PROQNOZ 
- 
                    .jpg) Səhiyyə31 Oktyabr 16:28 Səhiyyə31 Oktyabr 16:28Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi 






 
        
    









.webp)














.jpg)





.jpg)