Nida Xəbər
Baş nazirdən sosial yardımla bağlı QƏRAR
Baş nazir Əli Əəsdov “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.
Publika.az xəbər verir ki, qərarla sosial ödənişlərin proaktiv təyinatı MEİS-yə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən MEİS-nin “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 iş günü müddətində aparılacaq.
Eyni zamanda “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nı ləğv edilib.
Qaydaya əsasən, sosial ödənişlər Fondun müvafiq banklarla bağladığı müqavilələr əsasında plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir.
Şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin, habelə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak 18 olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.
Artıq ödənilmiş sosial ödənişin məbləği “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə uyğun olaraq şəxsin yazılı razılığına əsasən, yaxud məhkəmə qaydasında tutulur.
-
Rəsmi xronika13:38İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşıldı
-
Region13:01Paşinyandan Aİ ilə bağlı gözlənilməz qərar: Ermənistan üzvlük üçün müraciətə başlayır
-
Yaxın Şərq11:33İranda rejim təşvişdə: Yeni etiraz dalğası başlayır?
-
Rəsmi xronika11:19İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərdi
-
Rəsmi xronika11:15Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır - VİDEO
-
İdman10:38Maradonanın əli ilə qol vurduğu o top görün neçə milyona satıldı - FOTO/VİDEO
-
Yaxın Şərq10:17İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
-
MDB09:42Lukaşenkodan ukraynalılara müraciət: Bu yol hər kəs üçün açıqdır
















.jpg)





.jpg)





.jpg)








