Nida Xəbər
Samir Nuriyev Yuriko Koike və heyəti ilə görüşdü - FOTO
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev tədbirdə iştirak edən Tokionun qubernatoru Yuriko Koikenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə COP29-a hazırlıq işlərinin müvəffəqiyyətlə həyata keçirildiyi, sədrliyimiz çərçivəsində iqlim gündəliyi üzrə bütün tərəflər arasında konsensusa nail olunması istiqamətində nəticəyönümlü səylər göstərildiyi vurğulanıb.
Öz növbəsində R.Koike COP29-un uğurla təşkil edilməsi münasibətilə təbriklərini çatdırıb və COP29 sədrliyində ölkəmizə uğurlar arzulayıb.
Görüşdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib, dövlətimizin başçısı tərəfindən yaşıl enerji zonası elan edilmiş bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiq olunduğu vurğulanıb, Yaponiya ilə bu xüsusda əməkdaşlıq imkanları müzakirə edilib.
Söhbət zamanı Bakı və Tokio şəhərləri arasında əlaqələrin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Yuriko Koikenə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı




































