Nida Xəbər
"İqtisadi artım və ətraf mühitin mühafizəsi paralel inkişaf etdirilməlidir"
"Təhsil siyasəti texnoloji innovasiyalara və ekoloji dayanıqlılığa keçidi istiqamətləndirmək üçün ən effektiv vasitə ola bilər".
Publika.az xəbər verir ki, bunu İtaliyanın təhsil naziri Cuzeppe Valditara COP29 çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib:
"İqlim dəyişikliyi həyat tərzimizin yenidən, hərtərəfli qiymətləndirilməsini tələb edir. Bu mənada təhsil sahəsi bilik və məlumatlılığın əldə edilməsində əsas rol oynaya bilər. Elmi-mədəni bilik və səriştələr insanlara doğru və yanlış məlumatları ayırd etməyə, həmçinin iqlim fəaliyyətini irəlilətmək, davamlılıq yaratmaq üçün potensialı inkişaf etdirməyə imkan yaratmaq üçün vacibdir.
Biz elmi yanaşmaya inanırıq, hesab edirik ki, iqtisadi artım və ətraf mühitin mühafizəsi paralel inkişaf etdirilməlidir. İtaliya gələcək nəsillərin maraqları naminə təhsilə, bioiqtisadiyyata, biomüxtəlifliyin və ekosistemlərin qorunmasına xüsusi diqqət yetirir".
Niderlandın gənclər və idman naziri Vinsent Karremans isə vurğulayıb ki, iqlim dəyişikliyi ilə insan sağlamlığı arasında əhəmiyyətli əlaqə var:
"İqlim dəyişikliyi ilə mübarizə apararkən və emissiyaları azaldarkən insan sağlamlığına da nəzər yetirmək lazımdır. Misal olaraq, Avropanın ən böyük limanı olan Rotterdamda güclü yağış və ekstremal istiliklə mübarizə aparmaq üçün daha çox "yaşıl" infrastruktur üzərində işləyirik. Bu gün Niderlandın Səhiyyə Nazirliyi bu istiqamətdə layihələri maliyyələşdirir və dəstəkləyir, çünki bu, iqlim dəyişikliyi ilə mübarizədə çox aktual məsələdir".
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
















.jpg)


















.jpg)
.jpg)

