Nida Xəbər
Hərbi dənizçilərimiz Pakistanda təlimdə - FOTO
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi və "AMAN" Dialoqunda iştirak edir.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən HDQ komandanları və qərargah rəisləri, sahil mühafizəsi komandirləri və yüksək səviyyəli liderlərin regional dəniz təhlükəsizliyini müzakirə etmək və inkişaf edən dəniz təhdidlərinə qarşı birgə strategiyalar hazırlamaq məqsədilə keçirilən ilk AMAN Dialoqunda ölkəmizi HDQ komandanının birinci müavini - qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov təmsil edir.
Liman və dəniz fazalarından ibarət olan 9-cu çoxmillətli təlimdə ("AMAN-25") isə Azərbaycan HDQ-nin 6 nəfərdən ibarət sualtı hücum və sualtı müdafiə qrupları plana uyğun müvafiq tapşırıqları icra edəcək.
Qeyd edək ki, “Sülh naminə birlikdə” şüari ilə keçirilən təlimə 60 ölkədən gəmilər, təyyarələr, xüsusi təyinatlılar, partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupları, dəniz piyadaları və müşahidəçilər qatılıb. Sülh və təhlükəsizliyin təşviqi, terrorizmə qarşı birgə mübarizə məqsədilə keçirilən "AMAN-25" çoxmillətli təlimi fevralın 11-dək davam edəcək.
-
ABŞ20:36Böyük dalğa hələ başlamayıb - Trampdan İrana xəbərdarlıq
-
Dünya20:24Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu
-
İnanc19:40Ramazanın 13-cü gününün duası - İftar və imsak vaxtları
-
Region18:20Xameneinin həyat yoldaşı da öldü - Foto
-
Dünya15:30İsrail onu da öldürəcək - Katz açıqladı
-
Dünya14:48ABŞ hücum etməzdən bir gün əvvəl İrana ultimatum veribmiş: Nə tələb edib?
-
Yaxın Şərq14:18İran Netanyahunun ofisini vurdu - Taleyi məlum deyil
-
Rəsmi xronika13:36İlham Əliyev təsdiqlədi: Gələn ildən...






























.jpg)






