Nida Xəbər
Leyla Əliyeva Nepalın Prezidenti ilə görüşdü - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Katmanduya səfəri zamanı Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nepalın Prezidentinə çatdıran Leyla Əliyeva iki ölkə arasında dostluq münasibətlərinin önəmini bir daha vurğulayıb.
COP29 zamanı Bakıya səfər etdiyini xatırladan prezident Ramçandra Paudel Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün tarixini əhəmiyyətini qeyd edib və aparılan müzakirələrin ölkələrarası əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Nepalda bir sıra layihələrin icrasının nəzərdə tutulduğunu, səfər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, eləcə də Katmanduda şəhər xəstəxanasına ziyarət edildiyini bildirib.
Heydər Əliyev Fondunun Nepalda dəstək layihələrinin eyni zamanda sosial və səhiyyə sahələrini əhatə edəcəyi diqqətə çatdırılıb.
Görüşdə mövcud əlaqələrin müxtəlif sahələri, o cümlədən humanitar və iqlim dəyişmələri, davamlı inkişaf məsələlərini əhatə etməsinin vacibliyi vurğulanıb.
Prezident Ramçandra Paudel Azərbaycan və Nepal arasında əlaqələri, o cümlədən Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
-
ABŞ00:27ABŞ çox yaxında Pikaks dağına zərbə endirə bilər
-
Hadisə00:15Şahbuzda baş verən dəhşətli qəzada ölənlərin fotoları - Yeniləndi
-
Magazin14 Sentyabr 19:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat4 Sentyabr 17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region4 Sentyabr 15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika4 Sentyabr 15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya4 Sentyabr 12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin14 Sentyabr 12:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO






.jpg)






.jpg)






















