Nida Xəbər
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçildi
Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, seçkilər 2025-ci il iyunun 20-də UNESCO-nun mənzil-qərargahında “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə” dair 2005-ci il Konvensiyasının 10-cu Tərəflər Konfransı çərçivəsində baş tutub.
Məlumata görə, 2005-ci il Konvensiyasının həyata keçirilməsinə nəzarət edən əsas icra orqanı kimi Hökumətlərarası Komitənin 24 üzvü vardır və üzvlərin səlahiyyət müddəti 4 ildir. Azərbaycan daha öncə 2019-2023-cü illər arasında Hökumətlərarası Komitədə təmsil olunub.
İllik əsasda toplanan Hökumətlərarası Komitənin əsas funksiyaları sırasına Konvensiyanın məqsədlərinin təşviqi, onun həyata keçirilməsinin monitorinqi, tərəflərin dövri hesabatlarının təhlili və Konfransa təqdim olunması, əməliyyat təlimatlarının hazırlanması, ölkələr tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq tövsiyələrin verilməsi, eləcə də Konvensiyanın prinsiplərinin digər beynəlxalq forumlarda təşviqi məqsədilə məsləhətləşmə mexanizmlərinin qurulması daxildir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın sözügedən Komitəyə növbəti dəfə üzv seçilməsi ölkəmizin mədəni müxtəlifliyin qorunması, mədəni ifadə azadlığının təşviqi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasətinin, həmçinin bu sahəyə verdiyi yüksək önəmin bariz göstəricisidir.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO


















.jpg)
















