Nida Xəbər
Rusiya ilə Azərbaycanın münasibətləri hansı qüvvələri qəzəbləndirir? - Zaxaraova açıqladı
Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır və bunu bəyənməyən qüvvələr var.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyev Live” telekanalının efirində bildirib.
"Biz yadda saxlamalıyıq ki, onlar (Moskva ilə Bakı arasında münasibətlər) strateji müttəfiqlik xarakteri daşıyır. Təbii ki, bunu bəyənməyən qüvvələr var", - diplomat bildirib.
Zaxarova vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərində dərin məna var. "Bu, bizim vahid dövlətin bir hissəsi olduğumuz tarixi icma dövrümüzdür. Bu, bizim qarşılıqlı fəaliyyətimizin, insanlar arasında təmasların, həll etdiyimiz tarixi çağırışların dərin tarixidir", - o əlavə edib.
Diplomatik idarənin rəsmi nümayəndəsi onu da qeyd edib ki, belə bir ittifaq “müəyyən qüvvələrin qəzəbinə səbəb olur və müdaxilə etmək istəyirlər”.
"Biz buna imkan verməməliyik. İstər beynəlxalq münasibətlər, istər şəxsi həyat olsun, hər bir subyektlə qarşılıqlı əlaqədə problemli məsələlər var. Söhbət onların necə həll olunmasındadır. Təbii ki, bu məsələlərin münasibətlərimizin statusuna uyğun həlli zərurətindən çıxış etməliyik", - diplomat bildirib.
Tural
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi









.jpg)
.jpg)















.jpg)









.jpg)