Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
Bizi izləyin

Nida Xəbər

Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri baş tutub.

Dövlət Turizm Agentliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanın AQEM sədrliyi çərçivəsində təşkil olunan tədbirdə üzv dövlətlərin turizm və iqtisadiyyat sahələrinə məsul dövlət qurumlarının nümayəndələri, həmçinin ictimai və özəl sektor təmsilçiləri iştirak ediblər.

Açılış nitqlərində Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev, Şri-Lanka Xarici İşlər Nazirliyinin Xaricdə Məşğulluq və Turizm üzrə İnkişaf direktoru W.M.A.S. Vikramasinghe və AQEM Katibliyinin baş katibinin müavini Fərid Dəmirli çıxış ediblər.

Layihənin növbəti mərhələsində isə 2026-cı ildə Bakı şəhərində “AQEM ölkələrində Dairəvi Yaşıl Turizm” üzrə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfrans çərçivəsində layihənin nəticələri təqdim ediləcək, eləcə də gələcək əməkdaşlıq istiqamətləri və birgə təşəbbüslər müzakirə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm