Sahibə Qafarova Simonyanla görüşdü - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Sahibə Qafarova Simonyanla görüşdü - YENİLƏNDİ

Azərbaycan və Ermənistan parlament sədrlərinin oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində ikitərəfli görüşü keçirilib.

Bu barədə Publika.az-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını vurğulayıblar.

xxx

Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş başlayıb.

Publika.az xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm