Nida Xəbər
Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirildi
Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Publika.az xəbər verir ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Belarus nümayəndə heyətinə isə Belarus Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq baş idarəsinin rəisi Kojan Andrey Vyaçeslavoviç rəhbərlik edib.
Məsləhətləşmələrdə hər iki tərəfin xarici siyasət orqanlarının məsul əməkdaşları, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, həmçinin, Belarus Respublikasının Xarici İşlər Nazirliyinin və Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları iştirak ediblər.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.
Məsləhətləşmələrin sonunda aparılmış müzakirələrə uyğun olaraq Protokol imzalanıb.
-
Hadisə01:11Gənc oğlan idman zalında öldü - VİDEO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qaranlığın içindəki işığı tapmaq üçün...
-
Magazin200:00"Eşref Rüya"nın aktrisası yeni serialda - FOTO
-
Ekologiya30 Oktyabr 23:24Bu tərəvəzlər torpaqdan təhlükəli toksinlər toplayır
-
Səhiyyə30 Oktyabr 23:12Yarasalarda yeni koronavirus növü tapıldı
-
Magazin130 Oktyabr 21:55"Anamın başqa kişidən olan uşağına baxdım, atam isə..."
-
Dünya30 Oktyabr 21:00Çin onları kosmosa göndərir - FOTO
-
Art30 Oktyabr 19:48SSRİ Xalq artisti Yakub Əhmədov VƏFAT ETDİ - FOTO































.jpg)




.jpg)