Nida Xəbər
Ziya Məmmədovun kadrına yüksək vəzifə verildi - FOTO
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov vəzifəsindən azad edilib.
Publika.az Qaynarinfo-ya istinadla xəbər verir ki, QSC-nin sədri Rövşən Rüstəmov bu barədə əmr imzalayıb.
Rövşən Rüstəmovun digər əmri ilə Elyar Muradovun vəzifəsi bir qədər yüksəldilib və “Azərbaycan Dəmir Yolları”nın Baş Mühəndisi təyin olunub.
Qeyd edək ki, 2012-ci ildə Prezidentin fərmanı ilə “Əməkdar mühəndis” adını alan Elyar Muradov 2004-2023-cü illərdə ADY-nin Sərnişin daşımaları departamentinin, ardınca isə Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsində çalışıb.
Elyar Muradov sabiq nəqliyyat naziri Ziya Məmmədovun ən sadiq kadrlarlndandır: “O, məhz Ziya Məmmədovun dəstəyi ilə bu sahədə bir çox vəzifələrə gətirilib. Elyar Muradov Ziya Məmmədovun dövründə, hətta ondan sonra Cavid Qurbanovun dövründə Dəmiryolu sahəsində “ən kilid nöqtələr”dən sayılıb…”
-
Dünya03:43İranın Oman körfəzində gəmisi qalmadı - Hamısı batırıldı
-
ABŞ02:19Trampa nə olub? - Boynundakı qızartı diqqət çəkdi
-
Qoroskop01:40Günün qoroskopu: köhnə borclar və ya unudulmuş ödənişlər gündəmə gələcək
-
İnanc00:15Bu gün Od çərşənbəsidir
-
ABŞ2 Mart 20:36Böyük dalğa hələ başlamayıb - Trampdan İrana xəbərdarlıq
-
Dünya2 Mart 20:24Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu
-
İnanc2 Mart 19:40Ramazanın 13-cü gününün duası - İftar və imsak vaxtları
-
Region2 Mart 18:20Xameneinin həyat yoldaşı da öldü - Foto













.jpg)















.jpg)






