Nida Xəbər
Azərbaycanın Milli Kibertəhlükəsizlik Mərkəzinin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində - Tarixi uğur
Noyabr ayının 20-də İordaniyada müxtəlif dövlətlərin silahlı qüvvələr və təhlükəsizlik orqanları arasında kibertəhlükəsizlik və tətbiqi kriptoqrafiya sahəsində “ARMYTHON” beynəlxalq kibertəhlükəsizlik müsabiqəsi keçirilib.
Publika.az xəbər verir ki, 28 ölkədən 37 seçmə komandanın iştirak etdiyi “ARMYTHON” müsabiqəsi Avrasiya-Afrika regionunda ən nüfuzlu kibertəhlükəsizlik yarışması hesab olunur. Yarışma zamanı iştirakçılardan mürəkkəb kiberhücum və kibermüdafiə ssenariləri, həmçinin tətbiqi kriptoqrafiya üzrə müasir çağrışlara uyğun tapşırıqların həlli sahəsində yüksək bilik, təcrübə və peşəkarlıq tələb edilir.
Azərbaycan beynəlxalq “ARMYTHON” müsabiqəsində 2 komanda ilə təmsil olunmuş və həmin komandalar yüksək nəticə əldə ediblər. Onlardan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandası beynəlxalq rəqiblər arasında xüsusilə fərqlənərək 2-ci yerə layiq görülüb, respublikamızın digər aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət “Iron Fist” yığma komandası isə 6-cı yerə yüksəlib.
Bu nailiyyət ölkəmizin kibertəhlükəsizlik potensialının nə dərəcədə artdığını və milli kadrlarmızın qlobal səviyyədə rəqabət qabiliyyətini bir daha təsdiqləyir.



-
Region15:45Bakıdan qayıdan erməni: Azərbaycanla sülhə qarşı çıxanlar ya əclafdır, ya da...
-
İdman15:00"Neftçi" yeni baş məşqçini Türkiyədə axtarır: Görün namizədlər kimlərdir
-
İdman14:30Arağı reklam edən erməni futbolçu İranı bir-birinə vurdu
-
Sosial12:55Azərbaycanda daha bir erkən nikahın qarşısı alındı
-
Köşə12:26Ermənini qucaqlayan Əfəndidən şəhid qəbri qucaqlayan analara hörmətsizlik
-
Rəsmi xronika12:14İlham Əliyevin 8 yaşında çəkdiyi - RƏSM
-
İdman11:42"Neftçi"nin istədiyi məşqçi Bakıya gələ bilmir: Qadağa qoyulub
-
Sosial11:09Bakının bu ərazilərində qaz olmayacaq








.jpg)
.jpg)


.jpg)










.webp)







_(3).jpg)




