Nida Xəbər
Elşad Miri deputatı sərt tənqid etdi: "Allahın endirdiyi dini gözdən salır"
İlahiyyatçı Elşad Miri deputat Ceyhun Məmmədovun son çıxışlarını kəskin tənqid edib.
Publika.az xəbər verir ki, ilahiyyatçı deputatın dedikləri dinə yox, cəhalətə xidmət etdiyini bildirib:
"Allahın varlığının elmi sübutu” sualına mollasayağı cavab verən, Suriyada bakalavr təhsili almış, Azərbaycan İlahiyyat İnstitutunun sabiq rektoru olmuş və hazırda da ilahiyyat fənnini tədris edən bir şəxsin bu cür fikirlər səsləndirməsi düşündürücüdür".
Elşad Miri bildirir ki, əvvəlki videoda Allahın varlığını “qəzaya düşməmək”lə əlaqələndirən deputat bu dəfə də mənsub olduğu məzhəbdən xəbərsiz olduğunu, eyni zamanda Peyğəmbərin həyatını əks etdirən siyər elmini bilmədiyini açıq şəkildə nümayiş etdirib:
“Məhəmməd peyğəmbərin eyni anda 9 xanımla evli olmadığını iddia edir. Bu məntiqlə peyğəmbər ya hər il bir qadınla, ya da bir dəfəyə 3–4 qadınla evlənməli idi. İnsan İslam tarixindən və müdafiə etdiyi hədislərdən bixəbər olanda belə vəziyyətə düşür”.
İlahiyyatçı qeyd edib ki, Ceyhun Məmmədov Allah adına böhtan da atıb:
“Guya Allah deyib ki, siz mənə tərəf yerisəniz, mən sizə tərəf qaçaram. Quranda belə bir ayə yoxdur. Bu, qüdsi-hədisdir. Ayə ilə hədisi ayırd edə bilməyən, qüdsi-hədisin nə olduğunu bilmədən hədisləri müdafiə edən birinin dərs dediyi gənclərə yazığım gəlir”.
Elşad Miri deputatın İslam hüququ ilə bağlı fikirlərini də tənqid edib. Onun sözlərinə görə, Ceyhun Məmmədov İslamda kişilərin qeyri-müsəlman qadınlarla evlənməsinə icazə verildiyini, qadınlara isə qadağa qoyulduğunu iddia etməklə həm dini mənbələri, həm də mövcud qanunları ziddiyyətə salır:
“Bu halda Lut peyğəmbərin qeyri-imanlı xanımından boşanmamasını nə ilə izah edəcək.
Dini ənənə olduğu kimi qalsa, yeni təhlükəli qruplar yaranacaq. Necə ki, İŞİD, Əlqaidə həmin ənənəylə din təsəvvürlərini terror əsdirərək yaşatdılar. Dini ənənəyə görə 53 yaşlı Peyğəmbəri 9 yaşlı qızla evləndirirsiniz. Mövcud dini ənənəyə görə namaz qılmayana edam cəzasının olduğunu iddia edirsiniz”.
Elşad Miri vurğulayıb ki, bu cür yanaşmalar nə İslama, nə də cəmiyyətə xidmət edir, əksinə, dini radikallaşdıraraq təhlükəli formada təqdim edir. Dindən dönəni mürtəd elan edir, cənnətə gedən kişilərə qız uşaqları verildiyini qəbul edib Allahın endirdiyi dini gözdən salır.
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI







.jpg)



























