Nida Xəbər
Su ehtiyatlarının idarə olunması artıq milli təhlükəsizlik məsələsidir - Fatma Yıldırım
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilmiş müşavirə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş iclas bir daha sübut edir ki, ölkəmizdə strateji inkişaf həm iqtisadi göstəricilərlə, həm də dayanıqlı həyat infrastrukturu ilə ölçülür.
Bu mühüm sənədin hazırlanması və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən şəxsən rəhbərlik olunan müzakirələr göstərir ki, su ehtiyatlarının idarə olunması, əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatı, tullantı və yağış sularının idarəsi kommunal məsələ olmaqla yanaşı, həm də milli təhlükəsizlik, ekoloji sabitlik və sosial rifah məsələsidir. Ölkə başçısının çıxışında yer alan haqlı narahatlıqlar su itkisi, sistemsizlik, idarəetmədəki səmərəsizlik dövlət səviyyəsində islahatların zəruriliyini ortaya qoyur.
Xüsusilə Abşeron yarımadası kimi intensiv urbanizasiya aparılan ərazilərdə bu problemlərin operativ və kompleks şəkildə həllinə ehtiyac var. Bir millət vəkili olaraq qeyd etmək istərdim ki, su məsələsi təkcə paytaxt və ətraf rayonların deyil, eyni zamanda regionların inkişafının da ayrılmaz hissəsidir. Yerli şərait nəzərə alınmaqla vahid standartlara əsaslanan, texnoloji və ekoloji baxımdan səmərəli sistemlərin qurulması vacibdir. Bu proqramın icrası çərçivəsində həm yeni infrastruktur layihələrinin reallaşacağı, həm də mövcud sistemlərin tam şəkildə yenilənəcəyi gözlənilir. Bu, həm də əhali sağlamlığı, kənd təsərrüfatı sahəsində məhsuldarlığın artması və ekoloji tarazlığın qorunması baxımından mühüm irəliləyiş olacaq.
Cənab Prezidentin mesajı aydındır. Müasir Azərbaycan yalnız böyük layihələrlə deyil, insanın gündəlik həyat keyfiyyətini yüksəldən, vətəndaşa yönəlik, səmərəli dövlət idarəçiliyi ilə fərqlənməlidir. Bu baxımdan, Dövlət Proqramının həyata keçirilməsi üçün qanunverici və icraedici orqanların koordinasiyalı fəaliyyəti vacibdir və biz parlamentdə bu istiqamətdə hər cür dəstəyə hazırıq.
Fatma Yıldırım,
Milli Məclisin deputatı
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu







.jpg)





























