Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu
Bizi izləyin

Nida Xəbər

Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, ictimai fəallar - Abid Qafarov və Beydulla Manafovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər qiyabi hökm oxunub.

Onların hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Sevinc Mirzəyeva və digər şəxslərin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

İttihama görə, youtube internet portalında istifadəsində olan "Sevinc Osmanqızı TV" adlı kanalında 17 fevral 2019, 17 oktyabr 2019 və 25 iyul 2020-ci il tarixlərdə yayımladığı video müraciətlərində insanların iradəsinə təsir edib, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar etməsinə, həmçinin bu cür məzmunli video meteralları qeyri məhdud sayda şəxslərin izləyə biləcəyi internet resusları vasitəsi ilə yayılmasına, habelə Manafov Beydulla Ənvər oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 2 sentybr 2023 və 13 yanvar 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri məhud şəxslərin baxa biıəcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına, eləcə də, Qafarov Abid Abdin oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 26 iyun 2024 və 9 dekabr 2024-cü il tarixlərində dialoq zamanı ümumi cinayətkar niyyətə iyğun əlbir oğlduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək onları Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri məhud şəxslərin baxa biləcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm