Nida Xəbər
"Azərbaycan" Nəşriyyatı da fəaliyyətini dayandırır? - AÇIQLAMA/YENİLƏNDİ
"Azərbaycan Nəşriyyatı" MMC öz fəaliyyəti davam etdirəcək.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq nəşriyyatdan bildirilib.
"Söhbət yalnız 9 mərtəbəli korpusun istismarının dayandırılmasından gedir, nəşriyyat isə işləyəcək".
***
"Azərbaycan" nəşriyyatının binası təmir səbəbindən bağlanır.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a "Azərbaycan Nəşriyyatı" MMC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Nəşriyyatı” MMC-nin 9 mərtəbəli korpusunda keçirilmiş vizual texniki baxış nəticəsində binanın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkar edilib.
Mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir. Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir.
Qeyd olunanları nəzərə alaraq 1 fevral 2026-cı il tarixdən binanın istismarının dayandırılması haqda qərar verilib.
-
Sosial14:12Azərbaycanda bu sahələrdə çalışanların maaşı artdı - Rəsmi
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı
-
Qoroskop13:022026-cı il onlardan yana olacaq - Ən şanslı bürclər
-
Avropa12:24Rusiya şəhərlərini raketlərlə hədəf almışıq: Makron etiraf etdi
-
MDB11:03Kadırov ölüm ayağındadır? - 3 gün ərzində…
-
Sosial10:36Bu şəxslər metroda əlavə pul ödəyəcək
-
Dünya09:18Moskvadan İranla bağlı şok bəyanat: Bunu əsla qəbul etmirik
-
ABŞ08:48ABŞ-a məxsus bombardmançı təyyarə radarlardan YOXA ÇIXDI














.jpg)






















