Nida Xəbər
Seçicilər Qüdrət Həsənquliyevə minnətdarlıq məktubu ünvanladı
Xətai rayonu, Gəncə prospektinin bir qup sakini adından Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevə minnətdarlıq məktubu ünvanlanıb.
ƏHD Partiyası mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, məktubda bildirilir:
“Hörmətli Qüdrət müəllim, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 95, 97, 111 və 113 nömrəli yaşayış binaları sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Zığ yolu beton yolu istiqamətindən General Şıxlinski və General Mehmandarov küçələrində yerləşən yaşayış sahələrinə ictimai nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə döngənin yaradılması və müvafiq yol nişanlarının quraşdırılması məsələsində göstərdiyiniz diqqət və operativ dəstək sakinlər tərəfindən böyük məmnunluqla qarşılanıb. Görülmüş bu işlər, ərazidə yaşayan vətəndaşların gündəlik hərəkətlərini xeyli asanlaşdırıb, nəqliyyat əlçatanlığını və ümumi rahatlığı artırıb. Sakinlərin müraciətinə həssas yanaşmanız və problemin həllinə verdiyiniz töhfə üçün Sizə bir daha minnətdarlığımızı bildiririk. Gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq”.
Millət vəkili Qüdrət Həsənquliyev də öz növbəsində vətəndaşların problemlərinin həll olunduğu üçün müvafiq dövlət orqanlarına təşəkkürünü bildirir.
-
İdman21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı















.jpg)

















