Nida Xəbər
"UN-Habitat"ın texniki missiyası Bakıya səfər etdi
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkilati koordinasiya, texniki və əməliyyat məsələləri ilə bağlı hazırlıq işlərinin müzakirəsi məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") texniki missiya üzvləri arasında görüşlər keçirilib.
Publika.az WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, missiyanın səfəri çərçivəsində yayım və media əməliyyatları, məkanın hazırlıq səviyyəsi, "Urban Expo" sərgisinin planlaşdırılması, brendinq və istiqamətləndirici lövhələrin layihələndirilməsi, İKT və audio-vizual sistemlər, müyəssərlik, logistika, dayanıqlılıq və maraqlı tərəflərlə koordinasiya da daxil olmaqla, geniş spektrli prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Canlı yayım və media ilə qarşılıqlı əlaqə planları, tədbir məkanının baş planı, şəhər və tədbir məkanının brendinqinə dair təkliflər üzrə işlər yekunlaşdırılmış, eləcə də nəqliyyat, iaşə, təhlükəsizlik, könüllülərin idarə edilməsi və işçi qüvvəsinin koordinasiyası üzrə əməliyyat hazırlığı üzrə işlər intensiv şəkildə davam etdirilir.
Bu fəaliyyətlər WUF13 tədbirinin peşəkar və səmərəli təşkil olunması, eləcə də inklüziv formatda və yüksək keyfiyyətlə keçirilməsi baxımından mühüm bir mərhələni əks etdirir.
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?






.jpg)






























.jpg)



