Nida Xəbər
Bakıda beynəlxalq konfrans keçirilir
Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans başlayıb.
Publika.az xəbər verir ki, tədbirə ilk dəfə olaraq müstəmləkə ərazilərində yerli əhali ilə bilavasitə ərazidə işləyən antropoloqlar və psixoterapevtlər, həmçinin bu ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılırlar.
Bugünkü konfransda iştirakçıların müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəçiliyə məruz qalmış xalqların travmatik və sosial təcrübəsinin öyrənilməsi ilə bağlı məsələləri, müstəmləkəçi dövlətlərin qanunsuz fəaliyyəti nəticəsində yaranan struktur problemləri müzakirə edəcəkləri gözlənilir.
Bu təcrübənin sənədləşdirilməsi, təhlili və beynəlxalq səviyyəyə çıxarılması üçün informasiyaya çıxış mövzusu da tədbirinin gündəmində olacaq.
Rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, kolonializmi tədqiq edən beynəlxalq tədqiqat qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin edilməsi məsələləri də bu gün nəzərdən keçiriləcək.
Qeyd edək ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilir.
-
MDB13:58Ukrayna "Rosatom"un gəmisini batırdı
-
Ekologiya12:45Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə11:10Azərbaycanda xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?
-
MDB10:04Bu tapıntı rusları varlandıracaq - "Kola aşkroftini" qızıldan da baha imiş
-
ABŞ09:00Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir - ABŞ və İsrail bu həftəsonu İranı vuracaq
-
Art08:24Nəriman Həsənzadə vəfat etdi
-
Magazin107:55Aparıcı gələcək gəlinləri ilə bağlı arzusunu açıqladı: başqasını istəmirəm...
-
Hadisə07:15Azərbaycanda zəlzələ oldu























.jpg)




.jpg)








