Nida Xəbər
Uitkoff: "İlham Əliyev ölkəsinin inkişaf istiqamətini tamamilə dəyişdirdi"
"Prezident İlham Əliyev ölkəsinin inkişaf istiqamətini tamamilə dəyişdirib".
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Mayamidə keçirilən İnvestisiya Forumunda Amerika Birləşmiş Ştatlarının prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyev haqqında deyib.
"Qlobal miqyasda xeyli sayda gənc və unikal liderlər mövcuddur. Hesab edirəm ki, onlar bəşəriyyət üçün bir ümid işığıdır. Yeri gəlmişkən, Prezident Tramp bu liderlərin hər biri ilə yaxın münasibətlərə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevi misal göstərmək olar. O, dövlətinin inkişaf istiqamətini əsaslı şəkildə dəyişməyə nail oldu", - deyə Uitkoff vurğulayıb.
"İnanıram ki, Sülh Şurası oxşar dəyərləri paylaşan çox sayda şəxsi bir yerə toplayır", - deyə o əlavə edib.
Uitkoff Azərbaycan rəhbəri ilə yanaşı, Qətər Dövlətinin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Taninin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun da adlarını xüsusi diqqətə çatdırıb.
-
Rəsmi xronika19:45Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız








.jpg)







.jpg)



















