Nida Xəbər
Bu, Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdi - Hikmət Hacıyev
Qlobal logistika və təchizat zəncirlərinin pozulması Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdi. Biz eyni zamanda “dörd dəniz” konsepsiyasını nəzərdən keçiririk. Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirən geniş əlaqə şəbəkəsi qururuq. Bununla paralel olaraq, regionlararası əməkdaşlıq və tərəfdaşlıqları da inkişaf etdiririk. Bu çərçivədə Ermənistanı da tranzit ölkə kimi nəzərdən keçirərək inklüziv yanaşma tətbiq edirik.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADF2026 çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel sessiyada səsləndirib.
Qeyd olunub ki, bu layihələrin bəzi hissələri artıq demək olar ki, tamamlanıb: “2026-cı ilin sonuna qədər Azərbaycanın öz seqmenti üzrə işləri yekunlaşdırmağı planlaşdırırıq. Naxçıvan istiqamətində isə Avropa tərəfdaşları, ABŞ və Ermənistanla əməkdaşlıq davam edir. Cənubi Qafqaz regionu getdikcə qlobal təchizat zəncirlərində və enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilir”.
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək





















.jpg)



.webp)










