Nida Xəbər
Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi
İyunun 5-də İspaniya Krallığının paytaxtı Madriddə Azərbaycan Xarici İşlər Nazirliyi və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayəndə heyətinə isə Xaricdəki ispanlar və Konsulluq İşləri Baş idarəsinin rəisi Karolina Alvares rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İspaniya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması mövzusunda müzakirələr aparılıb.
Danışıqlar zamanı tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, həmçinin ədliyyə, hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil və viza siyasəti sahəsində Azərbaycan Respublikası və İspaniya Krallığı arasında çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
-
ABŞ23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)

























.webp)
.png)








.jpg)
.jpg)