Nida Xəbər
Hesablama Palatasına əlavə səlahiyyətlər verilir
Milli Məclisin (MM) növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda qəbul edilib.
Publika.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü növbədənkənar plenar sessiyasında müzakirəyə çıxarılıb.
Layihə Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək. Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.
Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu

















.jpg)




















