Nida Xəbər
Prezident Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub.
Publika.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.
Qeyd edək ki, “Yasəmən” hotelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Orijinal görkəminə uyğun üslubda bərpa edilən “Yasəmən” hotelinin eksteryer və interyeri Şuşanın orta əsr üslubuna uyğun layihələndirilib. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbi tərzində inşa edilmiş bina işğal zamanı dağıdılmışdı. Heydər Əliyev Fondu həmin binada layihələndirmə işləri aparıb və 2023-cü ildən - bərpa işlərindən sonra binada fəaliyyət göstərən hotelin iki korpusu artıq qonaqları qəbul edir. Hazırda isə “Yasəmən” hotelinin yeni korpusları olan daha 4 binada Heydər Əliyev Fondu tərəfindən bərpa və tikinti işləri görülüb.
Bərpa layihəsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülərək yeni konsepsiya əsasında planlaşdırma aparılıb. Butik konseptli yeni korpuslarda, həmçinin aynabənd və terras zonalar yaradılıb.
Bərpadanəvvəlki arxiv fotoşəkillərinə əsasən qapı və pəncərələr orijinal memarlıq üslubuna uyğun olaraq yenidən hazırlanıb. Həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb.
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
















































.jpg)
.jpg)

