Nida Xəbər
Naxçıvanda dövlət qurumu ləğv edildi
Naxçıvanda dövlət qurumlarının fəaliyyətinin optimallaşdırılması istiqamətində növbəti qərar qəbul edilib. Nazirlər Kabineti “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin ləğv olunması ilə bağlı qərar verib.
Publika.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs ləğv edilir.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ləğvetmə prosesinin həyata keçirilməsi tapşırılıb. Nazirlik aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ləğvetmə komissiyası formalaşdırmalı və prosesin mülki qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin etməlidir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Maliyyə nazirlikləri və digər aidiyyəti dövlət qurumları ilə birlikdə qərarın icrası istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxçıvan Təlim Mərkəzi” peşəkar inkişaf və ixtisasartırma qurumudur. Mərkəz 2024-cü ildə publik hüquqi şəxs olaraq yaradılıb və dövlət, özəl və ictimai sektor əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər həyata keçirir.(Globalinfo.az)
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi

































.jpg)
.jpg)

