İdman
“Qarabağ” bu gün daha bir transfer açıqlayacaq - FOTO
“Qarabağ” bu gün daha bir transferi açıqlayacaq.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Cənubi Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanı icarəyə götürüb.
Braziliyalı futbolçu üçün 200 min avro ödəniləcək. 23 yaşlı oyunçu cari mövsüm “Qarabağ”ın oyunlarının ən azı 50 faizində iştirak etsə, ağdamlılar onu 1 milyon avro qarşılığında birdəfəlik transfer etmək məcburiyyətində olacaq. Həmin məbləğin 500 mini APOEL-ə, 500 mini isə sabiq klubu “Bahia”ya çatacaq. Bundan başqa, müqavilədə yer alan bəndə əsasən, oyunçunun gələcək satışından APOEL də pay əldə edəcək.
Qeyd edək ki, dünən “Qarabağ” Polşanın “Qurnik” (Zabje) klubundan Taofik İsmahil və Fransanın “Reyms” klubundan Reda Xadranı heyətinə qatıb.
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?




































