Nida Xəbər
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının növbəti məzun buraxılışının əhəmiyyəti vurğulanıb.
Yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol oynayan filial Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu nümunələrindən biri kimi dəyərləndirilib.
Görüş zamanı Azərbaycan ilə Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko və universitetin Bakı filialının rektoru Əziz Əliyev görüşdə iştirak ediblər.
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi

































.jpg)
.jpg)

