Nida Xəbər
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Layihəyə əsasən, “dispozisiyadan "az miqdarda" sözü çıxarılır, sanksiya azaldılır, inzibati məsuliyyətdən azat etmə halı müəyyənləşir.
Başqa sözlə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul edənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytardıqda inzibati məsuliyyətdən azad ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
-
ABŞ13:04Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
-
Rəsmi xronika12:32Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar - FOTO
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?
-
Sosial11:47Milli Məclisdən tarixi qərar: Bu şəxslərə 20 illik güzəşt olunacaq
-
Rəsmi xronika10:12Şuşada Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
MDB10:02Rusiya alov içində: Ukrayna sərhədindən 1400 km məsafədə yerləşən nəhəng zavod vuruldu
-
Maraq dünyası09:24Nostradamusun 2026-nın ikinci yarısı ilə bağlı qorxulu proqnozları: Nə baş verəcək?
-
Sosial08:37Nəzarətsiz çimərliklərə üz tutanlar cərimələnəcək? - Açıqlama







.jpg)










.jpg)



















