Nida Xəbər
Azərbaycanda əcnəbilərlə bağlı mühüm dəyişiklik: Sənədlər...
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurların elektronlaşdırılması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarında dəyişiklik edilməsi təklif olunur.
Dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı, qərarın məzmununun təsdiq edilməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi təmin edilir.
Bununla yanaşı, Miqrasiya Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişikliklə müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün əlavə əsas müəyyən edilir. Belə ki, Məcəllənin 41.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən birinin və ya bir neçəsinin təqdim edilməməsi də imtina əsası kimi təsbit olunur.
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda terminoloji xarakterli dəyişiklik edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dəyişikliyə əsasən müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum nəzərdə tutulmayacaq.
Bundan əlavə, qanun layihəsinə keçid müddəası əlavə edilir. Keçid müddəasına əsasən, Qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaqdır. Həmin qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə onlar elektron qaydada tərtib ediləcək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi üçün həmin sistemə ötürüləcək, eyni zamanda müraciət edənin elektron poçt ünvanına göndəriləcəkdir. Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaqdır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
-
ABŞ13:04Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
-
Rəsmi xronika12:32Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar - FOTO
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?
-
Sosial11:47Milli Məclisdən tarixi qərar: Bu şəxslərə 20 illik güzəşt olunacaq
-
Rəsmi xronika10:12Şuşada Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
MDB10:02Rusiya alov içində: Ukrayna sərhədindən 1400 km məsafədə yerləşən nəhəng zavod vuruldu
-
Maraq dünyası09:24Nostradamusun 2026-nın ikinci yarısı ilə bağlı qorxulu proqnozları: Nə baş verəcək?
-
Sosial08:37Nəzarətsiz çimərliklərə üz tutanlar cərimələnəcək? - Açıqlama







.jpg)










.jpg)



















