Nida Xəbər
Keçən il İlham Əliyevlə müsahibəm olmuşdu, bu il isə Şuşa Forumuna gəlmişəm - Layal Əl-İxtiyar
Bu forumda biz sülhü və xüsusilə media vasitəsilə sülhün necə təşviq olunmasını müzakirə edirik.
Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında IV Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanda səfərdə olan "Al Arabiya" xəbər kanalının aparıcısı Layal Əl-İxtiyar deyib.
O bildirib ki, ötən il də Şuşada, həmçinin Bakıda olub.
"Bizi dəvət etdiyiniz üçün çox təşəkkür edirəm. Mən keçən il də Azərbaycana gəlmişdim. Prezident İlham Əliyevlə ötən ilin avqustunda müsahibəm olmuşdu. Bu il isə Forumda iştirak etmək üçün gəlmişəm. Bu, həqiqətən çox maraqlıdır, sanki bütün dünya eyni zalda toplaşıb. Burada 53 ölkənin nümayəndəsi əsas mövzunu, yəni sülhü müzakirə edir", - jurnalist vurğulayıb.
Onun sözlərinə görə, hazırda dünyanın demək olar ki, hər yerində müharibə və münaqişə var:
"Bizim ən çox ehtiyac duyduğumuz şey sülhdür və media sülhün təşviqində çox mühüm rol oynayır. Bugünkü sessiyada biz təkcə bunu deyil, həm də saxta xəbərlər olmadan sülhü necə təşviq etməyi müzakirə edirdik. Çünki statistikaya əsasən, insanların 70 faizdən çoxu xəbərləri sosial mediadan alır. Bu xəbərlərin böyük hissəsi saxtadır və insanlar onların feyk olduğunu bilmirlər. Onlar bu xəbərləri qəbul etməyə davam edirlər. Bu, cəmiyyət, xüsusilə də yeni nəsil üçün təhlükəlidir. Çünki bu, çox asanlıqla münaqişələri və dezinformasiyanı təşviq edə bilər".
Jurnalist əslən livanlı olduğunu, lakin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən ümumərəb televiziya kanalında işlədiyini qeyd edib.
O bu gün, eləcə də dünən Forumda müzakirə edilən mövzunun ən vacib müzakirə edilməli mövzu olduğunu düşünür.
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video










.jpg)




.jpg)



















.jpg)
.jpg)

