Nida Xəbər
Prezidentin köməkçisi Şuşada D-8 nümayəndələri ilə görüşdü - FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud, Təşkilatın direktoru Mustafa Özcan və Baş katibin icraçı köməkçisi Muhammad Bilal Xan ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycanla D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Hikmət Hacıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünün irəli sürüldüyünü xatırladıb. O qeyd edib ki, məhz dövlətimizin başçısının bu təşəbbüsü çərçivəsində ötən il Azərbaycanda ilk dəfə D-8 Media Forumu keçirilib. D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətə başlaması isə həmin təşəbbüsün məntiqi davamıdır.
Sohail Mahmud öz növbəsində Azərbaycanda D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması münasibətilə təbriklərini çatdırıb və buna görə təşəkkürünü ifadə edib.
Söhbət zamanı Mərkəzin D-8-ə üzv dövlətlərin media nümayəndələrinin peşəkar hazırlığı, süni intellekt və media sahələrində yeni çağırışların müzakirəsi, dezinformasiyaya qarşı mübarizə istiqamətində təlimlərin təşkili və təcrübə mübadiləsinin aparılması üçün mühüm platforma rolunu oynayacağı vurğulanıb.
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video






.jpg)
.jpg)




.jpg)




.jpg)



















.jpg)
.jpg)

