Nida Xəbər
Nazir Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşdü - FOTO
İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok ilə görüşüb.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə liderlərinin siyasi uzaqgörənliyi və qarşılıqlı etimadı sayəsində Azərbaycan ilə Slovakiya arasında dostluğa, hörmətə və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu məmnunluqla qeyd edilib, bu çərçivədə iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.
Nazir Kəmaləddin Heydərov slovakiyalı nazir Matuş Şutay-Eştoka Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, o cümlədən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisində həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə ətraflı məlumat verib. Keçirilən görüşün iki qurum arasında təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə üzrə müxtəlif istiqamətlərdə, o cümlədən mülki müdafiə, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasetmə fəaliyyətinin təşkili və digər sahələrdə əməkdaşlıq və təcrübə mübadilələrinin aparılması üçün möhkəm zəmin yaradacağına əminlik ifadə olunub.
Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok səmimi görüşə görə təşəkkür edib, Azərbaycan və Slovakiyanın uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə çoxşaxəli əməkdaşlıq üçün mövcud potensialdan istifadənin qarşılıqlı faydasını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
İdman22:00DÇ-2026: Fransa və İspaniya millilərinin heyətləri açıqlandı
-
Nida Xəbər 21:20Hərbi təhsil almaq istəyənlər üçün "Açıq qapı" günü keçiriləcək
-
Hadisə21:12Dayı bacısı qızının evindən qızıl oğurladı
-
Avropa21:00Təyyarə ilə səmada "sıxılıram" yazdı - FOTO
-
Avropa20:1222 yaşlı Rəşad müharibədə həlak oldu
-
Region20:00İran adalarında partlayışlar baş verdi
-
Magazin119:48Taleh Yüzbəyovun xanımı SÜKUTU POZDU - “Siz mənim qırmızı xəttimi keçənə kimi...”
-
Səhiyyə19:36Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Yeniləndi




































