Nida Xəbər
Hərbi təhsil almaq istəyənlər üçün "Açıq qapı" günü keçiriləcək
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecində "Açıq qapı" günü təşkil olunacaq.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
İyulun 18-i saat 11:00-da baş tutacaq tədbirdə xaricdə hərbi təhsil almaq istəyən yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynlərinə qəbul qaydaları, seçim mərhələləri, eləcə də kursantlar üçün yaradılan şərait barədə ətraflı məlumat təqdim ediləcək.
Bildirilib ki, universitetin beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində kursantlar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsil almaq imkanı əldə edirlər.
Qeyd olunub ki, əlavə məlumat almaq istəyənlər iş günləri saat 09:00-dan 17:30-dək universitetin Çağrı Mərkəzinə (*0811) və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
"Açıq qapı" günündə iştirak etmək istəyən şəxslərin əvvəlcədən aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur:
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş veri
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video









.jpg)

























.jpg)
.jpg)

