Nida Xəbər
FHN çimərliklərdə təhlükəsizlik mövzusunda dəyirmi masa keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü, Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hallar zamanı dalğıc-axtarış və xilasetmə işinin təşkili sahəsində birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib.
Publika.az FHN-ə istinadən xəbər verir ki, tədbirdə nazirliyin regionda fəaliyyət göstərən struktur bölmələrinin, Xaçmaz, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərinin, həmçinin yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.
Dəyirmi masa çərçivəsində FHN Şimal Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən regiondakı çimərlik və digər sututarlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə aparılan monitorinqlərin nəticələri təqdim olunub. Fotoslaydlar vasitəsilə aşkar edilmiş nöqsanlar, görülən maarifləndirmə işləri və həyata keçirilən təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib.
Görüşdə regionda fövqəladə halların qarşısının alınması istiqamətində görülən işlər təhlil edilib, mövcud problemlər və qarşıda duran vəzifələr müzakirə olunub. İştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilib.
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO

















.jpg)

















.jpg)
.jpg)