Nida Xəbər
MN-nin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Yaşar Gülərlə görüşdü - Foto
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyənin Ankara şəhərinə səfər edib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında olan dostluq və qardaşlıq əlaqələrinin hərbi polis sistemində də uğurla inkişaf etdiyini vurğulayıblar.
Proqrama uyğun olaraq nümayəndə heyəti Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin Komandanı və Xüsusi Təyinatlı Məktəbin rəisi ilə görüşüb. Görüşlərdə general-mayor E. Əliyev hərbi polis sisteminin inkişafında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
Sonra nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin nəzdində Azərbaycan Hərbi Polisinin "Yaxın Qoruma" bölməsi üçün təşkil olunan qoruma kursunun təlim-tədris prosesi ilə tanış olub.
Daha sonra Ankara Mərkəzi Komandanlığını ziyarət edən qonaqlara mərkəzi komandanlığın gündəlik fəaliyyəti və tətbiq olunan idarəetmə sistemləri haqqında brifinq təqdim olunub.
Səfərin yekununda Azərbaycan nümayəndə heyəti "Yaxın Qoruma" kursunun təntənəli bağlanış mərasimində iştirak edib. Mərasimdə hərbi qulluqçular kurs zamanı əldə etdikləri nəzəri və praktiki vərdişləri nümayiş etdiriblər.
Sonda kursu uğurla başa vuran hərbi polis nümayəndələrinə sertifikatlar verilib, hədiyyələr təqdim olunub.
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO














.jpg)

















.jpg)
.jpg)