Nida Xəbər
Ermənistandan müsbət siqnal gəlir, sülh müqaviləsi imzalanacaq - Hacıyev detalları açıqladı
Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə Ermənistan Konstitusiyasından çıxarılmalıdır.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi şərhdə bildirib.
Onun sözlərinə görə, daxil olan siqnallar Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi prosesinin başladığını göstərir.
"Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh müqaviləsinin imzalanmasında heç bir problem görmür. Üstəlik, regionumuzda artıq faktiki olaraq dinc vəziyyət mövcuddur", - Hacıyev bildirib.
Prezidentin köməkçisi Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə də toxunub:
"Türkiyə masada olmayanda Azərbaycan var, Azərbaycan masada olmayanda isə Türkiyə var. Ölkələrimizin maraqlarına zidd atılan hər bir addıma qətiyyətlə cavab veririk və bu, davam edəcək”.
Müəllif: Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
