Nida Xəbər
Azərbaycan və Qazaxıstan XİN rəhbərləri telefonla danışdı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın yeni təyin olunmuş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Muxtar Tleuberdini xarici işlər naziri təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edib, ona uğurlar arzulayıb.
Nazirlər arasında Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin cari gündəliyi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq, qardaşlıq, qarşılıqlı etimad və həmrəylik prinsipləri əsasında dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd edib. İkitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində iki ölkə arasında səmərəli əməkdaşlıq və qarşılıqlı dəstək yüksək qiymətləndirilib. Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin və mövqelərin əlaqələndirilməsinin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.
Telefon danışığı zamanı, eyni zamanda, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı




































