Nida Xəbər
Bəşəriyyət bu dəfə dəqiq üçüncü dünya müharibəsinə yaxındır - "The Guardian"
Analitiklər Üçüncü Dünya Müharibəsinin artıq başladığını və bəşəriyyətin fəlakətin astanasında olduğunu deyirlər.
Publika.az xəbər verir ki, bu barədə köşə yazarı Saymon Tisdall "The Guardian"da yazıb.
Tisdall qeyd edib ki, bir neçə ildir dünyada gedən proseslər arzuolunmaz məcraya yönəlib: "Bəzi analitiklər belə hesab edirlər ki, artıq Üçüncü Dünya Müharibəsi başlayıb. Bu iddiaların şişirtmə məsələ olduğunu düşünənlər 2026-cı ildə dünyanın siyasi mənzərəsini, yaranmış gərgin vəziyyəti nəzərdən keçirməlidirlər. Kiyevdən Xorrəmşəhrə, Kordofana və Kaçinə qədər münaqişə alovlarının artıb və azaldığını, lakin bu proseslərin heç vaxt bitməyəcək kimi göründüyünü müşahidə etmək olar".
Onun sözlərinə görə, dünyada davam edən hərbi münaqişələr nəzarətdən çıxan qlobal "yanğın"a çevrilmək təhlükəsi yaradır. 1945-ci ildən sonra ərsəyə gələn ittifaqlar sistemi isə artıq özü özünü məhv edir.
"Hara baxsanız müharibə, iqlim dəyişikliyi və ya təbii fəlakətlərin yaratdığı humanitar böhranlar, xaotik kütləvi miqrasiyalar, qida çatışmazlığı və xəstəliklər görərsiniz. Artıq bəşəriyyətin özünü məhv etməyə doğru amansız meyllənməsinin həddi-hüdudu yoxdur".- nəşr yazıb.
Xatırladaq ki, iki gün öncə "Daily Express" nəşri də oxşar mövzuda məqalə dərc etmişdi. Məqalə müəllifi Rusiya prezidenti Vladimir Putinin ruslara "hər şeyə hazır olun" çağırışı fonunda hər yerdə üçüncü dünya müharibəsi qorxusunun artdığını yazıb.
Müəllif: Tural
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı






_(1).webp)




























