Nida Xəbər
Azərbaycanla Türkiyə arasında sənəd imzalandı
Bakı və Ankara arasında Azərbaycan-Türkiyə V Enerji Forumuna dair protokol imzalanıb.
Publika.az xəbər verir ki, sənədi Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.
Bu gün Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu keçirilib. Forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələr aparılıb.
Xatırladaq ki, ilk Forum 2021-ci il dekabrın 21-22-də Bakıda, II Forum 2022-ci il oktyabrın 5-6-da İstanbulda, III Forum 2023-cü il sentyabrın 28-29-da Naxçıvanda, IV Forum isə 2025-ci il sentyabrın 4-də İzmirdə keçirilib.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







.jpg)































