Quterreşdən nüvə tərksilahı ilə bağlı çağırış: BMT hazırdır
Bizi izləyin

Dünya

Quterreşdən nüvə tərksilahı ilə bağlı çağırış: BMT hazırdır

Quterreşdən nüvə tərksilahı ilə bağlı çağırış: BMT hazırdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçiriləcək görüşün nəticəsində ortaya çıxa biləcək nüvə tərksilahı ilə bağlı istənilən təşəbbüsə qoşulmağa hazırdır.

Publika.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş “Reuters” agentliyinə açıqlamasında qeyd edib.

“Əgər nüvə tərksilahı proqramı ortaya çıxarsa, biz bu prosesə tam şəkildə qoşulmağa və onun uğurla həyata keçirilməsinə töhfə verməyə hazırıq”, – deyə o, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitinin keçirildiyi Manilada mətbuat konfransında bildirib.

Quterreş bununla yanaşı, nüvə tərksilahı ilə bağlı razılaşmaların əldə olunmasının hələlik təmin edilmədiyini vurğulayıb. Bununla belə, BMT danışıqların məhz belə nəticələnəcəyinə ümid edir.

Qeyd edək ki, Putin, Tramp və Si Cinpin arasında görüş noyabrın 19-da Şençjendə keçiriləcək. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq danışıqların əsas mövzularından biri nüvə silahı məsələsi olacaq.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm