Dünya
Daha bir ölkədə “Telegram”a giriş qadağan edildi - Ekstremizm və kibercinayət iddiası
İordaniya İctimai Təhlükəsizlik İdarəsi ölkədə “Telegram” messencerinə girişin bağlandığını açıqlayıb.
Publika.az xəbər verir ki, qurumun məlumatına görə, messencerin bloklanması rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və istifadəçilərin qorunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.
İdarənin bəyanatında “Telegram”ın ekstremizm və fundamentalizmin yayılması, eləcə də kibercinayətlərin törədilməsi üçün platforma kimi istifadə olunduğu qeyd edilib. Hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, bu cür fəaliyyətlər milli təhlükəsizlik üçün təhdid yaradır.
Bildirilib ki, İordaniya hakimiyyəti rəqəmsal xidmətlərdən istifadə etməklə həyata keçirilən, qanunvericiliyi pozan təhdid və qanunsuz fəaliyyətlərə son qoymaq niyyətindədir.
Bloklamanın müddəti və texniki detalları ilə bağlı əlavə məlumat verilməyib.
“Telegram”ın və ya hüquq müdafiə təşkilatlarının İordaniyanın bu qərarına hələlik rəsmi reaksiyası yoxdur.
Müəllif: Valeh
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi
-
Sosial11:3725 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü














.jpg)


















