Dünya
Trampın kürəkəni və xüsusi elçisi Çinə gedə bilmədilər - Səbəbini Rusiya açıqladı
ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi elçisi Stiv Uitkoffun Çində olması planlaşdırılırdı, lakin onlar Avropa nümayəndələri ilə danışıqlar apardıqları üçün bu ölkəyə gedə bilməyiblər.
Publika.az xəbər verir ki, bu barədə 18 noyabrda Rusiya prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kiril Dmitriyev bildirib.
"Stiven Uitkoff və Cared Kuşner Amerika nümayəndə heyətinin tərkibində olmalı idilər, lakin onlar hazırda avropalı tərəfdaşlarla işləyir və onlara Avropa təhlükəsizliyinin mümkün strukturunu izah edirlər", - deyə o bildirib.
Onun sözlərinə görə, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitindən kənar işlər davam edir, lakin "bütün diqqət, şübhəsiz ki, Çinin Şençjen şəhərində baş verən hadisələrə yönəlib".
Dmitriyev, həmçinin Avropa təhlükəsizliyinə yanaşmalar üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, məhz buna görə də Uitkoff və Kuşner sammitdə iştirak etməyəcəklər.
Müəllif: Tural
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
-
Dünya09:35Tramp Cənubi Çin dənizindəki gərginlik haqda: Bununla məşğul olacaqlar
-
Maraq dünyası09:16Milyarderlər ən çox bu bürclərdən çıxır






































