Nida Xəbər
Nazir müavini COP31 tədbirində Azərbaycanda həyata keçirilən sosial islahatlardan danışdı
Türkiyədə keçirilən COP31 çərçivəsində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən qlobal istiləşmə dövründə ailə dayanıqlığı, yaşlı insanların və əlilliyi olan şəxslərin müdafiəsi məsələlərinə həsr olunmuş tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev ölkəmizdə aparılan sosial siyasətin vətəndaş rifahının, sosial ədalətin və bərabər imkanların təmin edilməsinə hədəfləndiyini vurğulayıb. Nazir müavini Azərbaycanda həssas qruplara aid şəxslər və ailələrlə bağlı icra olunan sosial dəstək proqramları barədə məlumat verib.
O, son illərdə ölkəmizdə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat paketinin icrası nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə ciddi artımların edildiyini vurğulayıb.
Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı reinteqrasiya tədbirləri, onların ailə mühitində böyüməsi və inkişafının dəstəklənməsi, övladlığagötürmə və “Himayədar ailə” modelinin tətbiqi işləri, tənha ahıl və əlilliyi olan şəxslərin səyyar formada sosial xidmətlərlə təminatı işləri diqqətə çatdırılıb.
BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasını ratifikasiya etmiş Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası, onlar üçün inklüziv imkanların yaradılması sahəsində həyata keçirilən tədbirlər qeyd edilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Paralimpiya İdman Kompleksi və digər qurumlar vasitəsilə əlilliyi olan şəxslərin yaradıcı və idman fəaliyyətlərində iştirakına dəstək göstərilməsindən bəhs olunub.
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama









.jpg)




.jpg)





.jpg)
.png)
















.png)

