Nida Xəbər
Vyetnamda Fransa zülmü... - Videoaraşdırma
Fransanın Vyetnamdakı müstəmləkəçilik siyasəti və törətdiyi cinayətlər barədə videoaraşdırma hazırlanıb.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, sözügedən araşdırmada əsas olaraq Hanoyun mərkəzində Vyetnamın müstəqillik tarixinin ən ağır səhifələrinə şahidlik etmiş Hoa Lo həbsxanasından bəhs edilir.
1896-cı ildə Fransanın müstəmləkə hakimiyyəti tərəfindən inşa edilən bu həbsxanada ilk olaraq siyasi məhbuslar, müstəqillik uğrunda mübarizə aparan vətənpərvərlər saxlanılıb. 450 nəfər tutumu olan bu həbsxanada müxtəlif dövrlərdə bu rəqəmdən dəfələrlə çox sayda məhbus saxlanılıb. Burada saxlanılan şəxslər isə dar kameralarda, ağır sanitar şəraitdə, qida çatışmazlığı və xəstəliklər içərisində yaşamağa məcbur edilirdilər.
Qeyd olunub ki, orada saxlanılan şəxslərin üzləşdiyi yeganə çətinlik bu olmayıb. Belə ki, Hoa Lo həbsxanasındakı məhbuslar psixi və fiziki işgəncələrə də məruz qalıb.
Bununla belə, araşdırmaya əsasən, Hoa Lo həbsxanasına gətirilən insanlar azadlıq ideyasından imtina etməyib, əksinə bu məkan milli azadlıq hərəkatının siyasi və ideoloji mərkəzlərindən birinə çevrilib. Burada saxlanılan şəxslər arasında daha sonradan Vyetnamın siyasi həyatında mühüm rol oynayan şəxslər də yer alıb.
Bildirilib ki, Fransanın müstəqillik mübarizəsini boğmaq üçün yaratdığı bu həbsxana müəyyən mənada həmin mübarizənin davam etdiyi önəmli məkana çevrilib.
Daha ətraflı videoaraşdırmada:
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama








.jpg)







.jpg)



.png)
















.png)

