Digər
Şahin Mustafayev: “Proqnozlar hazırlanarkən mövcud risklər qiymətləndirilib”
“Proqnozlar hazırlanarkən mövcud risklər qiymətləndirilib. İnflyasiya 3,3 faiz, iqtisadi artım tempi 3.7 faiz proqnozlaşdırılıb. Makroiqtisadi proqnozlarda gələn il və qarşıdakı 3 il ərzində neftin baza qiyməti kimi 50 dollar götürülüb. Tədiyyə balansının müsbət saldosu qorunacaq”.
Publika.az xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. O deyib ki, ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyyə balansının növbəti illərdə də müsbət saldosu qorunacaq: “2016-cı ildə ticarət balansı 7,6 milyard dollar, cari hesab balansı isə 1,9 milyard dollar müsbət saldo ilə proqnozlaşdırılıb. Bu müsbət saldonun orta müddətdə də davam edəcəyi proqnozlaşdırılır”.
Nazir diqqətə çatdırıb ki, son illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi artım qeyri-neft sektorunun hesabına təmin ediləcək: “Cari ilin sonuna qeyri-neft sahəsinin 5,9 faiz, 2016-cı ildə isə 3,4 faiz artacağı pronozlaşdırılıb. Tikinti sektorunu nəzərə almasaq, qeyri-neft sektoru 5,3 faiz artacaq. Qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaq. 2016-cı ildə qeyri-neft sənayesində 9 faiz, aqrar sektor üzrə 5,5 faiz, xidmət sektorunda 4,8 faiz artım proqnozlaşdırılıb”.
İqtisadiyyat şöbəsi
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO














.png)
.jpg)













