Digər
Elektron ticarət dövriyyəsinin həcmi artıb
Yanvar-sentyabr aylarında istehlakçılara 18,1 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çox məhsul satılıb.
Publika.az xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10 faiz artaraq 9 milyard manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,8 faiz artaraq 9,1 milyard manata bərabər olub.
Cari ilin doqquz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 9,3 milyon manat təşkil edib. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,2 faizi hüquqi şəxslərdən, 7,8 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,4 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
2015-ci ilin yanvar-sentyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 740,4 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 320,8 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 419,6 milyon manat təşkil edib.
İqtisadiyyat şöbəsi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!









.jpg)


.jpg)


















