Digər
ÜDM-də “kölgə iqtisadiyyatı” nə qədərdir?
Azərbaycan Ümumi Daxili Məhsulunda (ÜDM) müşahidə olunmayan iqtisadiyyatın (“kölgə iqtisadiyyatı”) payı 9,1 faiz təşkil edir. Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimovun “Statistika xəbərləri” elmi-praktik jurnalında dərc edilən məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, sənayedə “kölgə iqtisadiyyatı”nın payı ÜDM-nin 1,1 faizini, kənd təsərrüfatında 0,5, tikintidə 1,3, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 2,1, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,4, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 0,4, sosial və digər xidmətlər sahəsində isə 3,3 faiz təşkil edir.
R.Səlimov qeyd edib ki, sahibkarlar statistik hesabat və bəyannamələri dövlət qurumlarına təqdim edərkən bəzi hallarda məlumatları təhrif edirlər: “Müayinənin nəticələri göstərib ki, məlumatlar əsasən tikinti, emal sənayesi, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, sosial və digər xidmət sahələrində təhrif edilir. Sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hər 10 hesabatdan 6-da, o cümlədən, 20 nəfərədək işçisi olan müəssisələrin 10 hesabatından 7-də, 20 nəfərdən 50 nəfərədək işçisi olanların 6-da, 100-dən artıq işçisi olanların isə 5-də təhrif etmələrə yol verilir”.
Sədr müavini əlavə edib ki, bu hesabatlarda gəlirlər faktiki olduğundan, orta hesabla 29,1 faiz, əməkhaqqı xərcləri 23,8 faiz az, xammal-material xərcləri 14,5 faiz, xidmətlərin ödənilməsi xərcləri 16,1 faiz, digər maddi xərclər isə faktiki olduğundan 6,3 faiz artıq göstərilir.
R.Səlimovun sözlərinə görə, emal sənayesi üzrə təhrif edilmiş hesabatlarda gəlirlər faktiki olduğundan 25,8 faiz, tikintidə 33,4 faiz, ticarətdə 44,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 33,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 29,4 faiz, sosial və digər xidmət sahələrində 22,3 faiz az göstərilir.
İqtisadiyyat şöbəsi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi















.png)
.jpg)














