Digər
“Qəbrimiz Qazağa düşsün...“
Səhər işə gələndə, dostumuz Dilqəm Əhməd məni bir kitabla qarşıladı:
-Sənə göndəriblər.
Məmməd İlqarın "Quzey qönçəsi" kitabı idi. Şairin oğlu Babək bəy göndəribmiş. Ax, əziz Babək, bəlkə də, bu kitabı görmədiyimi, oxumadığımı, düşünürsən...
***
14 yaşım var idi. Şair qardaşım Bəxtiyar Hidayət məni qonaq çağırmışdı. Beçəli xəngəllə içdiyimiz zoğal arağını təzəcə yarılamışdıq ki, Bəxtiyar şeir oxumağa başladı:
-Almazdım eynimə çəni, çiskini,
Dolu da yağsaydı, qənd deyildimi?
Sizdən küsən günü qəzəbim, kinim
Bir tütək səsinə bənd deyildimi?
Gözümə çıxardı könlümün varı,
Mən həmin oğlanam, a dağ yolları!
Tanrını belə kövrəldəcək bir səmimiyyət:
- Sizdən küsən günü qəzəbim, kinim
Bir tütək səsinə bənd deyildimi?
Bizim yerlərin adamları, bizim yerlərin şairləri barədə bundan gözəl nə demək olardı?
Həmin gün Bəxtiyar mənə şairin "Quzey qönçəsi" kitabını verdi. Beləcə, mənim Məmməd İlqarla tanışlığım başladı.
O vaxtdan bu yana, çox şairləri oxumuşam. Təbii ki, sevdiyim də olub, sevmədiyim də. Elə şair olub əvvəl heyranı olmuşamsa, sonra şeirləri mənə "multfilm" kimi gəlib. Elə şair də olub əvvəl "Belə də şairmi olar?",-deyib sonra heyranına çevrilmişəm. Amma bu illər ərzində həmişə, qəlbimin ən isti yerində, ən təmiz sevgiylə sevdiyim, misralarını anamın laylasıymış kimi oxuduğum azsaylı şairlərdən biri də Məmməd İlqar olub.
***
Onunla, onun yazdıqları ilə münasibət insanın doğma yurduyla münasibətinə bənzəyir. Bəzən gündəlik məişət qayğıları, qaçdı-qovdu, dünya malına göstərdiyimiz həvəs, doğulduğumuz ocağı, yeri-yurdu bizim yadımızdan çıxarır.
Amma insanın elə bir vaxtı olur ki, arvad-uşağa demədən, bir maşına oturub gedir, ağsaqqallarla söhbətləşir, doğmaların qəbrini ziyarət edib yüngülləşir. Mənim Məmməd İlqarla münasibətim də elədir. İşimiz icabı, gündəlik ədəbiyyat portallarını izləyirik, dünyada olub-bitənə ötəri bir nəzər salırıq, saytlarda yazmaq üçün mövzu axtarırıq, yaxud gündən-gündə geniş vüsət alan populyar ədəbiyyatın priyomlarına, müasir oxucunun qəlbini fəth edəcək sirlərə vaqif olmağa tələsirik. Bir şərqidə deyildiyi kimi: "Bindik bir alamete, gidiyoz kiyamete..."
Ancaq bütün bu qarğaşanın içində, Səfər Alışarlının təbirincə söyləsək, "insan köksündən çıxan səmimi söz"ə ehtiyacımız olanda, Məmməd İlqar kimi şairlərə üz tuturuq:
Bar-bərəkət aylarında,
"İp atdırmaz" öylərində,
Oğul-uşaq toylarında,
"Kepka"sı əyri kişilər...
***
Məmməd İlqar elə kişilərdən və elə şairlərdəndir ki, onun haqqında çox yazmaq, çox danışmaq olar. Ancaq mən buna ehtiyac görmürəm. Çünki Məmməd İlqarın şeirləri anamızın alqışı kimidir. O barədə çox danışmaq ərkandan deyil. Bizim üzərimizə düşən Azərbaycan xalqının ruhunu ifadə edən bədii əsərlər yaratmaqdır. Bax, onda Məmməd İlqarın borcundan çıxmış olacağıq.
Yazımı Məmməd əminin rəssam-şair qardaşımız, dəyərli Məmməd Dəmirçioğluna yazdığı misralarla bitirmək istəyirəm:
Yazdım ki, varağa düşsün,
Sevgimiz sınağa düşsün,
Qəbrimiz Qazaxa düşsün,
Büstümüz Dəmirçioğluna.
Dedim axı, Məmməd İlqarın şeirləri alqış kimidir.
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ
-
MDB24 Avqust 14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?
-
Rəsmi xronika24 Avqust 13:38İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşıldı
















.jpg)













.jpg)

